PSJ-nin prezidenti "Qarabağ"a jest etdi - VİDEO

25 Aprel 2024 14:40 Qarabağ 14 004
PSJ-nin prezidenti "Qarabağ"a jest etdi - VİDEO

İspaniyanın paytaxtı Madrid şəhərində Avropa Klublar Birliyinin (ECA) növbəti toplantısı keçirilib.

ECA-nın prezidenti Naser Al-Xələfi cari mövsüm öz ölkəsinin çempionatında qızıl medallar qazanmış 4 kluba öz təbrik mesajlarını çatdırıb.

PSJ-nin də başqanı olan qətərli iş adamı «Bayer» (Almaniya), «Ferentsvaroş» (Macarıstan) və «İnter»lə (İtaliya) yanaşı, «Qarabağ»ın adını çəkib.

Ərəb milyarder «köhlən atlılar»a qarşıdakı avrokuboklar mövsümündə uğurlar arzulayıb.

Həmçinin Niderland kubokunu başı üzərinə qaldıran «Feyenord»a xoş diləklərini dilə gətirib.

Naser Al-Xələfinin mötəbər yığıncaqda etdiyi çıxışın görüntüləri əlimizdədir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib