"Bunu xoşlamıram" - Qurban Qurbanov “Beşiktaş”ın təklifi barədə danışdı

22 Aprel 01:10 Qarabağ 1 264
"Bunu xoşlamıram" - Qurban Qurbanov “Beşiktaş”ın təklifi barədə danışdı

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov "Beşiktaş"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında olmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o,bununla bağlı deyib:

"Bu barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur.

Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar.

Çünki, bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir".

"Beşiktaş"ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür "ARB 24" kanalına açıqlamasında Q.Qurbanovun baş məşqçi vəzifəsinə namizədlər sırasında olduğunu deyib.

Digər Xəbərlər
Xəbər Lenti