"Qarabağ"ın braziliyalısı: "Davam etməkdə qərarlıyam, amma..."

22 Aprel 19:40 Qarabağ 758
"Qarabağ"ın braziliyalısı: "Davam etməkdə qərarlıyam, amma..."

Mövsümün sonu Qarabağ"da müqaviləsi bitən futbolçulardan biri də Riçard Almeydadır.

Bir müddət əvvəl mətbuatda onun karyerasını Ağdam təmsilçisində məşqçi kimi davam etdirəcəyi yazılırdı.

Amma braziliyalı legioner aktiv futbolçu həyatına hələ də son qoymaq fikrində deyil.

Bu barədə Sportinfo.az-a açıqlamasında 35 yaşlı futbolçu özü məlumat verib.

SİTAT: "Davam etməkdə qərarlıyam. Özümdə oynamaq üçün güc hiss edirəm. Amma "Qarabağ"da davam edəcəm, yoxsa başqa yerdə? Buna hələ aydınlıq gəlməyib".

2012-ci ildən "atlılar"ın şərəfini qoruyan orta sahə oyunçusu meydana çıxdığı 348 matçda 60 qol, 16 asistlə yadda qalıb.

Milliləşdirilən "sambaçı" Azərbaycan yığmasında keçirdiyi 31 görüşdə 3 qol vurub.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti