"Qarabağ"lı Fransadan gələn təklifləri geri çevirdi: “Özümü o səviyyədə görmədim”

2 Aprel 20:40 Qarabağ 3 462
"Qarabağ"lı Fransadan gələn təklifləri geri çevirdi: “Özümü o səviyyədə görmədim”

"Qarabağ"ın legioneri Yassin Benzia Fransanın Liqa 2 klublarına keçməkdən imtina edib.

Sportinfo.az “RMC Sport” nəşrinə istinadən xəbər verir ki, bu barədə yarımmüdafiəçinin özü bildirib.

O, bu çempionatdan təkliflərinin olduğunu söyləyib: "Amma özümü o səviyyədə görmədim. Mövsümü əla keçirirəm.

Bu mövsüm 40-dan çox oyunda meydana çıxmışam, Avropa Liqasında mübarizə aparmışam. Hazırda işlər istədiyimiz kimi davam edir".

Əlcəzair millisinin üzvü 2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinir. Onun "köhlən atlar" ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti