COP29

“Qarabağ” – “Neftçi” oyunu təxirə salınacaq? – SON DƏQİQƏ XƏBƏRİ

26 Fevral 18:00 Qarabağ 3 521
“Qarabağ” – “Neftçi” oyunu təxirə salınacaq? – SON DƏQİQƏ XƏBƏRİ

“Qarabağ” “Braqa” səddini adlamaqla ölkə futbolu adına tarixi ilkə imza atsa da, təqvim baxımından işini çətinə saldı.

Ağdamlılar fevralın 28-dən martın 14-nə qədər olan iki həftəlik müddətdə 5 oyun keçirməlidir.

Fevralın 28-də səfərdə “Qəbələ” ilə qarşılaşacaq, martın 3-də “Neftçi”ni qəbul edəcək, martın 7-də Respublika stadionunda “Bayer Leverkuzen”lə oynayacaq, fevralın 8-10-u aralığında “Zirə”nin qonağı olacaq, martın 14-də Almaniyada “Bayer Leverkuzen”lə üz-üzə gələcək.

15 gün ərzində 5 oyun keçirmək, üstəlik bu müddətdə “Bayer”lə iki dəfə oynamaq kifayət qədər ağırdır.

İndi çoxlarını maraqlandıran sual “köhlən atlar”ın “Neftçi” və “Zirə”ylə matçlarının təxirə salınıb-salınmayacağıdır. Xüsusən “ağ-qaralar”la prinsipial qarşılaşma sual doğurur.

Məsələyə aydınlıq gətirmək üçün Premyer Liqanın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurumun mətbuat katibi Sənan Abdullayevlə söhbətdə aydınlıq gətirməyə çalışdıq:

“Bildiyiniz kimi, Peşəkar Futbol Liqası aylıq təqvimi açıqlayır. Hazırda açıqlanmış siyahıda hər hansı dəyişiklik yoxdur”.

Qurum rəsmisi indiki anda dəyişikliyin olmadığını bildirsə də, yaxın günlərdə hansısa oyunun vaxtının dəyişdirilməsi variantı qaçılmaz deyil.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!