COP29

“Qarabağ”ı keçə bilərdik, bəzi səhvlərimiz oldu və bunun cəzasını çəkdik"

26 Fevral 13:20 Qarabağ 369
“Qarabağ”ı keçə bilərdik, bəzi səhvlərimiz oldu və bunun cəzasını çəkdik"

“Qarabağ”la oyunun nəticəsi bizi nokauta saldı".

Sportinfo.az xəbər verir ki, bunu “Braqa”nın baş məşqçisi Artur Jorje yerli mətbuata açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a ümumi hesabda məğlubiyyəti (2:4, 3:2) dəyərləndirib. O, mərhələ adlaya bilməmələrinə məyus olduqlarını söyləyib:

“Azərbaycana səfərdən sonra məşq zamanı komandada fiziki yorğunluq hiss olunur. Keyfiyyəti nəzərə alsaq, “Qarabağ”ı keçə bilərdik.

İndi vəziyyətdən çıxmaq üçün nə edəcəyimizi bilirik. Bizim öz ambissiyamız var və hədəflərimizə çatmaq üçün mübarizəni davam etdirməliyik.

Bəzi səhvlərimiz oldu və bunun cəzasını çəkdik. Artıq daha yaxşısını etməliyik”.

“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04” ilə qarşılaşacaq. İlk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"