Aylar sonra "Qarabağ"la oyunu xatırlayıb, elə sözlər yazdı ki...

3 Dekabr 2023 21:40 Qarabağ 902
Aylar sonra "Qarabağ"la oyunu xatırlayıb, elə sözlər yazdı ki...

Cəbəllütariq “Linkoln”unun yarımmüdafiəçisi Cumani Barnet Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları (1:2, 0:4) xatırlayıb.

Sportinfo.az xəbər verir ki, “Voetbalzone” portalına danışan niderlandlı Qarabağ" kimi komandalarla oynamaq istədiyini bildirib:

"Azərbaycanda “Qarabağ”a qarşı 20 min azarkeş önündə oynamışdıq. Meydança təbii örtüklü idi, futbol isə daha çox şahmata bənzəyirdi və mən bunu bəyənirəm.

Mən bəzən şahmat oynayıram, çünki diqqətli seçimlər etmək lazımdır. Burada hər şey vacib olan xırda detallarla bağlıdır.

“Qarabağ” kimi səviyyəli komandalarla tez-tez oynamaq fürsətini səbirsizliklə gözləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi