COP29

"Molde"nin prezidentindən "Sportinfo"ya "Qarabağ"la bağlı SƏMİMİ ETİRAF

30 Noyabr 2023 19:00 Qarabağ 8 311
"Molde"nin prezidentindən "Sportinfo"ya "Qarabağ"la bağlı SƏMİMİ ETİRAF

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Norveç təmsilçisi "Molde" ilə görüşə çıxacaq.

Norveçə ezam olunan əməkdaşımız həmkarları ilə oyun günü şəhər gəzintisi zamanı skandinaviya klubunun prezidenti Odd Ivar Moenlə qarşılaşıb.

Rəhbər şəxs Bakıdan gələn qonaqları xoş qarşılayıb, qısa və səmimi söhbətində axşamkı matçda uğurlar arzulayıb:

"Bakıdakı oyunda olmuşdum. Şəhərinizi çox bəyəndim. Gözəl şəhəriniz var. "Qarabağ" da Moldeyə xoş gəlib.

Oyun haqda geniş nəsə demək istəmirəm. Onu deyə bilərəm ki, "Qarabağ" evdə çox yaxşı təsir bağışlayır. Etiraf edim ki, bizimlə Bakıdakı oyunda da yaxşı oynamışdılar.

Axşam bizi maraqlı oyun gözləyir. Ümid edirəm ki, azarkeşlər yaxşı oyunun şahidi olacaq".

"Molde" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə 00:00-da görüşə start veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"