COP29

Rusiyalıdan Qurban Qurbanov haqda xoş sözlər: "O, bunu demir, sadəcə, edir"

30 Noyabr 2023 22:20 Qarabağ 2 773
Rusiyalıdan Qurban Qurbanov haqda xoş sözlər: "O, bunu demir, sadəcə, edir"

“Sabah”ın baş məşqçisi Murad Musayev “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun şəninə təriflər yağdırıb.

O, fikirlərini “Atlılar”a məğlub olduqları matçdan sonra dilə gətirib.

Belə ki, rusiyalı mütəxəssis üçün düzənlənən ənənəvi mətbuat konfransı başa çatıb.

Lakin Musayev konfrans zalını tərk etməyib.

Əcnəbi çalışdırıcı üzünü media əhlinə tutaraq “oyun xoşunuza gəldimi” – deyə sual ünvanlayıb.

Əksəriyyətin reaksiyası müsbət olub.

Ardınca baş məşqçi sözlərinə belə davam edib:

"Qarabağ" "Bayer"lə oynamaq üçün Leverkuzenə getmişdi. Məncə, onlar hazırda dünyanın ən yaxşı komandasıdır. "Real", "İnter" kimi komandalardan güclüdür. Oyun keyfiyyətinə görə belədir. "Qarabağ"ın heyəti 15 milyondur, "Bayer"in 530 milyon. Oyun başladı, "Qarabağ" yüksək pressinq etdi. Komanda qapıdan başlayır, yerlə ötürmələr edir, kombinassiyalı futbol oynayır. Heç kim yerdə yatmır, arxada oturmur, futbol oynayır. Bəli, onlar 1:5 uduzdu, amma bəlkə də həmin məğlubiyyət digər 10 qələbədən daha çox inkişaf etdirdi komandanı.

Mən deyəndə ki, Azərbaycan futbolu dəyişməlidir, bunu deyirəm. "Qarabağ" buna misaldır. Bəlkə, Qurban Qurbanov bunu demir, sadəcə edir. Bunlarda bərabərləşmək lazımdır. Biz bəlkə də bu gün bir az onlardan zəifik. Ancaq çıxıb futbol oynayırıq, pressinq edirik, hücuma gedirik, yerlə ötürmələrlə çıxmağa çalışırıq.

"Kəpəz"lə oyunda rəqib ilk yarıda vaxt aparanda, oyundan sonra onların baş məşqçisinə dediklərimi bildirmişdiz ki, belə demişəm-elə demişəm. Mən heç kimi günahlandırmaq istəmirəm. Sadəcə bütün oyunların "Qarabağ"a qarşı oynanılan oyun kimi olmasını istəyirəm. Bir xal üçün yerdə uzanmaqla xal aparsaq, simulyasiya etsək, inkişaf olmayacaq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"