Biri "Mançester Yunayted"in ulduzu, biri də “Qarabağ”ın,..

3 İyun 01:00 Qarabağ 6 519
Biri "Mançester Yunayted"in ulduzu, biri də “Qarabağ”ın,..

Avropa Liqasında 2022/2023 mövsümünün yekun statistik göstəriciləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qış transfer dönəmində "köhlən atlar"ı Macarıstan "Ferentsvaroş"una dəyişən Kvabena Ovusu turnirdə qapıya ən çox zərbə vuran oyunçuların siyahısında yer alıb.

26 yaşlı forvard Ağdam təmsilçisinin heyətində qrupdakı 6 qarşılaşmada 14 dəfə bunu bacarıb və siyahıda ikinci pillədə qərarlaşıb.

"Mançester Yunayted"in hücumçusu Markus Reşford (17) bu göstəricidə birinci olub. "Roma"dan Lorentso Pelleqrini, Almaniyanın "Union" (Berlin) komandasında Şeraldo Bekker (hər ikisi 12) 3-4-cü sıraları bölüşdürürlər.

Kvabena Ovusu başa çatan mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsində 3 qolla yadda qalıb.

"Sevilya" "Roma"nı əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan final görüşünün penaltilər seriyasında məğlub edərək tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:50 Bir səhvdən sonra… VİDEO
24 Sentyabr 20:00 Çək və bizə göndər!
24 Sentyabr 16:30 "Difai"dən MARAQLI VİDEO
24 Sentyabr 16:05 Niyə Kamran Quliyev yox, o?
24 Sentyabr 14:25 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 11:05 İşiniz yağ kimi gedəcək!
24 Sentyabr 02:30 Millimiz yenə uduzdu