"Qarabağ"ın daha bir üzvünə əcnəbi klub ELÇİ DÜŞDÜ

27 Mart 2023 22:40 Qarabağ 5 445
"Qarabağ"ın daha bir üzvünə əcnəbi klub ELÇİ DÜŞDÜ

"Qarabağ"ın və Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Anderlext" maraqlıdır. Bu barədə Belçika mətbuatı məlumat yayıb. "Anderlext"in gənc sol cinah müdafiəçisi üçün yayda Ağdam təmsilçisinə təklif göndərəcəyi bildirilir.

Qeyd edək ki, Elvin Cəfərquliyev 2019-cu ilin yayından "Qarabağ"da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"