"Qarabağ" və "Qalatasaray"ın prezidenti qazilərlə görüşdü - FOTO

26 Mart 16:20 Qarabağ 178
"Qarabağ" və "Qalatasaray"ın prezidenti qazilərlə görüşdü - FOTO

Bu gün "Qarabağ" Türkiyənin "Qalatasaray" klubu ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, matçdan əvvəl Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl və "sarı-qırmızılar"ın rəhbəri Dursun Özbək görüşüblər.

44 günlük Vətən Müharibəsinin qaziləri də klub rəhbərləri ilə görüşdə iştirak ediblər.

"Sabah"ın akademiyasının koordinatoru Təbriz Həsənov və "Neftçi"nin futbolçusu Mert Çelik də "Qalatasaray"ın düşərgəsini ziyarət edib.

"Qarabağ" - "Qalatasaray" qarşılaşması saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti