"Bakı"da oynamış "Qalatasaray"lı "Qarabağ"ı təriflədi

24 Mart 13:20 Qarabağ 1 925
"Bakı"da oynamış "Qalatasaray"lı "Qarabağ"ı təriflədi

"Qarabağ" - "Qalatasaray" matçı həm Azərbaycan, həm də Türkiyə üçün çox gözəl, önəmli oyundur.

Bu iki komanda arasında keçiriləcək matç olduqca maraqlıdır.

Mən özüm də, bu görüşü maraqla gözləyirəm. Bilirəm ki, Azərbaycanda "Qalatasaray" azarkeşləri çoxdur".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Ferdi Elmas deyib.

"Ayaks" yetirməsi, hazırda aktiv futbolçu karyerasına davam etməyən Elmas "Qalatasaray" və "Bakı"da çıxış edib.

Niderlandda yaşayan veteran futbolçu xeyriyyə məqsədi ilə keçiriləcək görüş üçün hər iki komandanın alqışalayiq addım atdığını bildirib:

"Qarabağ"ın uzun illərdir ki, Avropada göstərdiyi nəticələri hamı görür. Həqiqətən yaxşı komandadır.

Xeyriyyə məqsədi ilə təşkil edilən görüş olsa belə, çox yaxşı oyun alınacaq. Hər iki komandaya uğurlar arzu edirəm.

Təbii ki, atdıqları bu addıma görə "Qarabağ" və "Qalatasaray"a təşəkkür düşür".

Digər Xəbərlər
Xəbər Lenti