“Bunu avrokuboklarda biz edirik” - “Qarabağ”ın sevilən legioneri

7 Fevral 2023 19:00 Qarabağ 1 419
“Bunu avrokuboklarda biz edirik” - “Qarabağ”ın sevilən legioneri

“Qarabağ” Premyer Liqanın 21-ci turunda səfərdə “Kəpəz”lə bərabərə qaldı – 1:1.

Bununla da, həm çempionatdakı ardıcıl 5 oyunluq qələbə seriyası qırıldı, həm də ən yaxın izləyicisi “Sabah”a yaxınlaşmaq imkanı verdi.

Halbuki, Gəncədə heç-heçənin qeydə alınacağı heç kimin ağlına gəlməzdi.

Turnir cədvəlinin sonuncu pilləsində yer alan qərb təmsilçisi döyüşkənlik hesabına istəyinə çatdısa, qazonun idealdan uzaq vəziyyətdə olması da müəyyən mənada meydan sahiblərinin xeyrinə işlədi.

“Köhlən atlar”ın aparıcı siması Marko Veşoviç Sportinfo.az-a açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

“Meydanda üstün tərəf biz idik. Xeyli sayda qol epizodları yaratsaq da, yararlana bilmədik. “Kəpəz”in futbolçuları xarakter nümayiş etdirib 1 xal qazanmağı bacardı.

Xüsusən hesabı bərabərləşdirəndən sonra özlərinə inam artdı. Futbol belədir, xarakter göstərən komanda istəyinə çata bilir.

Necə ki, bunu avrokuboklarda biz edirik. Əlbəttə, bizim üçün yaxşı nəticə deyil. Ələ düşən imkanlardan yararlanmalıydıq".

“Qarabağ” Premyer Liqada növbəti görüşünü çempionatdakı əsas rəqibi “Sabah”a qarşı keçirəcək. Fevralın 11-də “Azersun Arena” da baş tutacaq oyun saat 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"