"Düşünürdüm ki, "Qarabağ"da oyunçularla münasibətlər qurmaq daha çətin olacaq"

6 Fevral 2023 13:20 Qarabağ 1 013
"Düşünürdüm ki, "Qarabağ"da oyunçularla münasibətlər qurmaq daha çətin olacaq"

"Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica Misli Premyer Liqasının 20-ci turunun "Şamaxı" ilə (3:1) görüşündəki debütündən danışıb.

Sportinfo.az xəbər verir ki, ölkəsinin "Sport Magazine" portalına danışan forvard yeni komandadakı ilk təəssüratlarından da söhbət açıb:

"Debüt etmək xoş idi. Komandaya yaxşı alışmışam, buraya uyğunlaşıram.

Düşünürdüm ki, oyunçularla münasibətlər qurmaq daha çətin olacaq, amma hamı məni çox yaxşı qarşıladı.

Yaşadığım evdən stadionla bazaya maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdırıq. Bu həftə ilk dəfə düzgün marşrutu tapmaq üçün naviqatordan istifadə etmişəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"