“Qarabağ”lılar Qurban Qurbanova səsləndi - BU ADAMA GÖRƏ

5 Fevral 2023 20:00 Qarabağ 3 844
“Qarabağ”lılar Qurban Qurbanova səsləndi - BU ADAMA GÖRƏ

Konfrans Liqasının pley-off mərhələsində Belçikadan "Gent" ilə qarşılaşacaq "Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az xəbər verir ki, zədəli durumda olan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətə salınmayıb.

Əvəzində yeni transferlərdən Redon Cica, Adama Diakabi, Yassin Benzia və "Qarabağ-2"nin qapıçısı Ayhan Arazlı sifariş olunub.

“Qarabağ” azarkeşlərinin həvəslə gözlədiyi Şahruddinin yerinə hansı qapıçının heyətə cəlb olunub, adının iştirak ərizəsinə salınacağı idi ki, bu, baş vermədi.

Bu isə o deməkdir ki, “köhlən atlar”ın “çərçivəsi” kobud səhvləri ilə yadda qalan Luka Quqeşaşvili və azərbaycanlı gənclər – Amin Ramazanovla Ayhan Arazlıdan birinə həvalə olunacaq.

Vəziyyətin bu cür olması futbolsevərlərin narahatlığına səbəb olub. Onlar azarkeş səhifələrinin birində yerləşdirilən iştirak ərizəsindəki adlarla tanış olandan sonra Qurban Qurbanova səsləniblər. Azarkeşlərin istəyi qapını Lukanın yox, Aminin qorumasıdır.

“Niyə Amin Ramazanov olmasın ki? Məncə, Lukaya yox, Aminə şans vermək lazımdır”.

“Qapıda Amin olsa, əla olar. Səhv edəndə də azərbaycanlı etsin”.

“Lukadansa Bəhlulu qoyarsız qapıya. Ondan yaxşı tutar topu”.

“Gürcü qapıçı topdan qorxur. Başa düşürsüz, sadəcə, qorxur”.

“Heyf qapıçı alınmadı. Çox çətin olacaq “Qarabağ”a”.

“Bu gürcünü niyə saxlayıblar axı komandada? Axı onun qapıçılıqdan heç anlayışı yoxdur”.

“Ümid edirəm belçikalılar qapımıza zərbə vurmaz”.

“Lukadansa Amin dayansın. Həm azərbaycanlımızdır, həm də təcrübə qazansın”.

“Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı