Kadi "Qarabağ"a böyük pullar qazandırsa da…

5 Fevral 2023 09:40 Qarabağ 1 877
Kadi "Qarabağ"a böyük pullar qazandırsa da…

«Qarabağ» yeni ilə iki qələbə ilə başladı.

Tovuzda «Turan»ı, Suraxanıda «Şamaxı»nı 3 qolla məğlub etdilər. Altı qolun əvəzində 3 qol buraxdılar.

Bu iki oyunun heç biri «Qarabağ»a asan keçmədi. «Turan»dan qaçdılar, «Şamaxı»nın gücü isə yalnız bir hissə müqavimət göstərməyə çatdı.

Son çempion haradasa «ilişməli» idi. O da Gəncəyə təsadüf etdi. Amma təbii ki, buna «bir təsadüfdür» deyib, üstündən keçməməliyik.

Bu qərb şəhərinə səfər istənilən rəqibə başağırısı yaradır. Odey, «Sabah» da ötən ilin dekabrında Nizami yurduna gəlişində 1 xalı zor-bəla qurtarmışdı.

Kadi Borgesin gedişi ilə «Qarabağ»ın yarımmüdafiə xəttinin nizamı pozulub. Braziliyalı Qurban Qurbanovun planlarında mühüm yer tuturdu.

«Krasnodar» boş yerə bu vingerə görə 5 milyon avrosundan keçməyib ki! Kadinin satışı «Qarabağ»a pul qazandırsa da, komandanın oyununu yoxsullaşdırıb.

Kadi tamı-tamına qapanan rəqibin müdafiə xəttini zərərsizləşdirməyə açar tapırdı, bir yerdən çıxıb qol vurmağı bacarırdı.

Bilmirdin indi nə edəcək, necə edəcək, enində, sonunda yenə öz qolunu vururdu.

Musa Qurbanlı Premyer Liqada 15-ci qoluna Gəncədə imza atdı. Bir gənc hücumçu adına bu göstərici əladan əladır.

Musa əla formadadır və sabit çıxış edir. Yaxşı budur ki, o, hər həftə qol vurur.

Pis budur ki, «Qarabağ»ın digər futbolçuları onuntək stabil göstəricilər əldə etmir, buna cəhd də göstərmirlər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?