
"Qarabağ"ın yeni transferi Redon Cica Albaniyada "Qızıl top" mükafatına layiq görülüb.
Sportinfo.az xəbər verir ki, 25 yaşlı vinger 2021/2022 mövsümündə "Tirana"nın heyətində 11 qolla Albaniya Super Liqasının bombardiri olub.
O, ötən mövsüm ölkə kubokunda isə 4 dəfə fərqlənib.
Albaniyalı "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.