
“Tirana“ Redon Cicanın “Qarabağ”a transferinə razılıq verib.
Bu haqda Sportinfo.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.
Onun sözlərinə görə, Albaniya klubu müəyyən təzminat qarşılığında 24 yaşlı cinah yarımmüdafiəçisinin keçidinə “yaşıl işıq“ yandırıb:
“İndi futbolçunun özüylə şəxsi müqavilə şərtləri danışılır. Böyük ehtimalla, ən qısa zamanda bu məsələyə də nöqtə qoyulacaq“.
Son anda başqa bir problem ortaya çıxmasa, Albaniya yığmasının üzvü qarşıdakı 4 ildə Ağdam klubunun formasını geyinəcək.
Redon ötən ildən dəvət aldığı əsas millidə 2 oyun keçirib.
O, “Şkendiya”nın yetirməsidir. 2017-ci ildə “Laçi”yə keçib və 4 mövsüm bu komandanın şərəfini qoruyub.
2021-ci ildə “Tirana”ya üz tutub və ötən müddətdə 49 oyuna çıxıb, 29 qol vurub.