"İndi bunu ən çox arzulayan komanda elə "Qarabağ"dır"

29 Noyabr 2022 09:40 Qarabağ 546
"İndi bunu ən çox arzulayan komanda elə "Qarabağ"dır"

«Qarabağ» son vaxtlar çox yorğun görünür».

Bu sözlər Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

ATV-də yayımlanan «Futbolumuz» verlişinin qonağı olan müsahib Ağdam klubunun Premyer Liqanın axır 2 turunda qələbə qazana bilməməsinin səbəblərinə aydınlıq gətirib.

O bildirib ki, «köhlən atlar» mövsümün əvvəlindən etibarən ağır qrafiklə çalışır:

«Çempionlar Liqasının təsnifat mərhələsi, Avropa Liqasının qrup mərhələsi, Premyer Liqa… Bu yarışlar futbolçularda psixoloji yorğunluq yaradıb.

Bu dəqiqə fasilə yaranmasını ən çox arzulayan komanda elə «Qarabağ»dır. Milllilərə görə yaranmış iki həftəlik fasilə müddətində nisbətən istirahət etmək imkanları olmadı.

Əksər futbolçuları yığmalara yollandı, yoxlama oyunlarında meydana çıxdı. Zədəli qayıdanlar da oldu.

Premyer Liqada qış fasiləsinin elan olunmasına 3 tur qalıb. Bu üç turda da «Qarabağ»ın xal itirə biləcəyini istina eləmirəm»

Digər Xəbərlər
Xəbər Lenti