"Qarabağ" Kadini yalnız bu məbləğə sata bilər – FANTASTİK RƏQƏM!

27 Sentyabr 2022 11:40 Qarabağ 2 402
"Qarabağ" Kadini yalnız bu məbləğə sata bilər – FANTASTİK RƏQƏM!

Yaxınlarda «Qarabağ»la müqaviləsini 5 il müddətinə uzadan Kadi Borgesin sərbəst qalma məbləği məlum olub.

Azərbaycan çempionu ötən ilin yayından etibarən ölkəmizdə legioner həyatı yaşayan braziliyalıya 3 milyon avro qiymət qoyub.

Cənubi amerikalı yarımmüdafiəçiyə yalnız bu qədər pul ödəməyə hazır olan klub «köhlən ailar»la danışıqlara başlaya bilər.

«Qarabağ»da ulduzu parlayan «sambaçı»ya son vaxtlara kimi xeyli təklif gəlib. İsrail, Türkiyə, Yunanıstan və Polşadan ona elçi düşənlər üstünlük təşkil edib.

Hətta İspaniya La Liqasından da Kadi ilə yaxından maraqlanıblar. Vingerə önərilən ən yüksək məbləğ hələlik 850 min avronu keçməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti