İkinci namizəd qapıdadır - "Qarabağ"ın yarımmüdafiəçisi üçün

17 Avqust 2022 17:40 Qarabağ 1 830
İkinci namizəd qapıdadır - "Qarabağ"ın yarımmüdafiəçisi üçün

"Şamaxı"nın "Qarabağ"dan İsmayil İbrahimlini heyətinə qatmaqda maraqlı olmasını sizə xəbər vermişdik.

İndi isə futbolçuya bir başqa Premyer Liqa klubu da "elçi düşüb".

Söhbət Rəşad Sadıqovun çalışdırdığı "Zirə"dən gedir.

Gənc mütəxəssis sabiq komanda yoldaşını indi də sərəncamında görmək istəyir.

24 yaşlı yarımmüdafiəçinin yaxın 1-2 gün içində yekun qərarını verəcəyi gözlənilir.

İbrahimli 2018-ci ildən Qurban Qurbanovun rəhbərliyi altında çıxış edir. Onun "Qarabağ"la müqaviləsi bu mövsümün sonuna kimidir.

Tərəflər arasında danışıqlar müsbət başa çatsa, İbrahimli mövsümün sonuna kimi adıçəkilən iki klubdan birinə icarəyə veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”