"Qarabağ" və AFFA razılığa gəldi -  BAĞLI "PUL QAPISI" AÇILDI

15 Avqust 2022 11:40 Qarabağ 4 761
"Qarabağ" və AFFA razılığa gəldi -  BAĞLI "PUL QAPISI" AÇILDI

«Qarabağ» və AFFA arasında yaranmış problem aradan qalxıb.

Federasiya Ağdam klubu qarşısında irəli sürdüyü tələbi geri götürüb.

Söhbət 3 milyon manatlıq maliyyə vəsaitinin verilməsi üçün gündəmə gətirilən şərtdən gedir.

Belə ki, qurum Premyer Liqanın yeni titul sponsorunun adından ayrılan məbləğin ödənilməsi müqabilində Müşahidə Şurasının yaradılmasını istəyib.

Elitanın digər təmsilçiləri bu tələblə razılaşb. «Zirə»dən sonra «Qəbələ» də AFFA ilə anlaşıb.

«Qarabağ» isə fərqli mövqe tutub, yeni idarəçilik mexanizminin klubun inkişafını sürətləndirməyəcəyini elan edib.

AFFA-nın təyin etdiyi şəxsin rəhbərlikdə təmsil olunmasını məqbul saymayan «köhlən atlar»ı hətta 3 milyon manatlıq yardımın onlara ayrılmayacağına dair xəbərdarlıq da çəkindirməyib.

Bu halda ictimai narazılığın AFFA-ya yönələcəyini anlayan rəsmilər sonda «Qarabağ»ın mövqeyi ilə razılaşıb. Bir araya gələn tərəflər arasında sövdələşmə əldə olunub.

Anlaşmaya əsasən, federasiya 3 milyon manatı klubun hesabına köçürəcək, Müşahidə Şurası isə formalaşdırılmayacaq.

Əvəzində «Qarabağ» hər il həmin vəsaiti almaq üçün yeni hüquqi modeldən istifadə edəcək. Bunun konkret nədən ibarət olacağı isə yaxın günlərdə dəqiqəldiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda