"Qarabağ" Çempionlar Liqasında mübarizəyə məğlubiyyətlə başladı. Komanda Polşa səfərində "Lex"lə bacarmadı - 0:1.
Komandamız heç rəqibindən pis çıxış etmədi. Əksinə bir çox komponentlərdə polşalıları üstələməyi bacardı.
Amma qələbəni yaxşı oyuna görə yox, çox qol vuran komandaya verillər. Dünən isə matçda vurulan yeganə qol meydan sahiblərinə müəssər oldu.
"Ağdamlılar" isə nəinki qol, heç sanballı qol epizoduna da girməyi bacarmadı. Əbəs deyil ki, qarşılaşmadan sonra sosial şəbəkələrdə də ən çox müzakirə olunan məhz çempionumuzun hücum xətti oldu.
Kimisi bu mövqedə çıxış edən oyunçulara məsləhət verdi, kimisi tənqid etdi, kimisi də təhqirə keçdi. Fanatların diqqət çəkən şərhlərini sizə təqdim edirik:
"Qol vurmaq üçün vuran ayaq, səviyyəli hücumçu lazımdır. Daha belə vadjilər yox".
"Məncə, artıq Musaya (Qurban Qurbanovun oğlu) şans vermək vaxtı çatıb".
"Qapıya top vurmağa ürək çatmırdı".
"Musa Qurbanlı niyə oynamır? Vadjidən də, Ramildən də, Ovusudan da min dəfə yaxşı futbolçudur".
"Qol vurmaq üçün oyunçu çatışmırdı".
"Hücum zəifdir. Hücum edəndə nə etdiklərini bilmirlər".
"Hücum edirsənsə mütləq zərbə vurmalısan. Amma təəssüf ki, "Qarabağ" futbolçuları qapıya zərbə vurmaq istəmirdilər".
"Meydandakı quş Vadjidən daha çox "Lex"in qapıçısın narahat edirdi".
XANOĞLAN / SPORTİNFO.AZ