Ən yeni səhifə - "Qarabağ” Qurban Qurbanovla tarix yazır

14 May 2022 17:20 Qarabağ 599
Ən yeni səhifə - "Qarabağ” Qurban Qurbanovla tarix yazır

“Qarabağ” baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında 250-ci qələbəsini qazanıb.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, XVI turdan təxirə salınmış “Sumqayıt”la oyunda gerçəkləşib.

5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

2008-ci ilin yayından “Qarabağ”a rəhbərlik edən Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb.

Bunların 250-də qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

Qurban Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?