"Qarabağ"ın dəyəri daha böyükdür, nəinki hansısa istənilən klubun" - VİDEO

13 May 2022 02:03 Qarabağ 693
"Qarabağ"ın dəyəri daha böyükdür, nəinki hansısa istənilən klubun" - VİDEO

"Qarabağ" Azərbaycan Premyer Liqasının 16-cı turunun təxirə salınmış oyununda doğma meydanda "Sumqayıt"ı 5:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sualları cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Oyunçuları tam motivasiya etmək asan deyil. Bol qollu oyun oldu. Matçın sonlarına yaxın bəzi dəyişikliklər etdik. "Sumqayıt" oyuna pis başlamamışdı. Oyunu müdafiədən qurmaq istəyirdilər. Erkən vurduğumuz qol rəqibin planlarını dəyişdi və boşluqlar daha çox oldu. Futbolçuların performansını quruyub saxlamaq vacibdir.

- "Qarabağ"la 3 illik yeni müqavilə imzaladız. Keçmişdə başqa klublardan təklif almısız və ya gələcəkdə xarici klublarda işləmək istəyərsiz?

- Təklif yox, maraqlanmamışam da. Mənim üçün vacib olan "Qarabağ"dır. "Qarabağ"ın dəyəri daha böyükdür, nəinki hansısa istənilən klubun. Burada ola-ola, buradakı məsuliyyəti hiss edə-edə başqa klubu çalışdırmaq haqda düşünmürəm. Yaxın gələcəyi "Qarabağ"la düşünürəm, başqa düşüncəm yoxdur.

-Patrik Andrade ilə Luka Quqeşaşvili ilə danışıqlar nə yerdədir?

- Danışıqlar hələ davam edir. Dəqiq bir fikir bildirə bilməyəcəyəm.

Digər Xəbərlər
Xəbər Lenti