"Qarabağ"dan bu legionerlə bağlı VACİB AÇIQLAMA

28 Yanvar 2022 13:00 Qarabağ 1 628
"Qarabağ"dan bu legionerlə bağlı VACİB AÇIQLAMA

“Qarabağ”ın futbolçusu Qaspar Panaderonun Kiprin AEK klubuna keçməsi an məsələsidir.

Bunu Sportinfo.az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

Sitat: "Bəli, bu məsələ gündəmdədir. Qasparın AEK-ə icarəyə verilməsi ilə bağlı danışıqlarımız yekunlaşmaq üzrədir.

Şifahi razılıq əldə olunub. Sadəcə, məsələnin rəsmi tərəfi qalıb. Məhz bundan sonra Qaspar mövsümün sonuna kimi Kiprin AEK klubuna icarəyə veriləcək".

Ötən yay "Qarabağ"a gələn ispaniyalı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti