“Qarabağ”la bağlı 4 sual

9 Dekabr 2021 01:20 Qarabağ 1 097
“Qarabağ”la bağlı 4 sual

Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Bazel”də viktorina davam edir.

Sportinfo.az xəbər verir ki, komandanın futbolçuları arasında aparılan sorğuda bu dəfə də suallar Azərbaycan təmsilçisi ilə bağlı olub.

Viktorinanın ikinci yarımfinal duelində yarımmüdafiəçi Uoter Burqerlə hücumçu Liam Millar yarışıb. Dünənki yarışla müqayisədə bu dəfə gərgin mübarizə alnıb.

Buna səbəb hər iki oyunçunun ilk iki suala eyni cavabı verməsi olub. “Qarabağ”ın loqosunda neçə rəng var” və “Qarabağ”da ən yaşlı futbolçunun neçə yaşı var” suallarına futbolçular müvafiq olaraq 3 və 35 cavabını yazıblar.

Birincini düzgün tapsalar da, ikinci sualda yanlışlığa yol veriblər. Çünki ağdamlıların ən qocamanları 32 yaşla Maksim Medvedev və Riçard Almeydadır.

Ardından Azərbaycanın əhalisinin sayı ilə bağlı sual ünvanlanıb. Maraqlıdır ki, hər iki futbolçu 3,5 milyon göstərib. Ancaq rəqibi ilə müqayisədə 100 min də əlavə yazdığı üçün Burqer önə keçib. Çünki 10 milyonluq əhali sayına ən yaxını o olub.

Son sualda isə aparıcı “Qarabağ”da əcnəbi futbolçuların sayını faizlə soruşub. Millar 65, Burqer isə 38 faiz yazıb.

8 əcnəbiyə malik təmsilçimizdə heyətin 33 faizini əcnəbi təşkil etdiyindən Uoter Burqer 2:0 hesabı ilə önə keçib və qalib elan olunaraq, finala yüksəlib. Onun həlledici dueldəki rəqibi dünən “Qarabağ”la bağlı suallara düzgün cavab verən Matias Palasios olacaq.

Bu gün "Sankt-Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Son tur öncəsi hər iki komandanın aktivində 11 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı