Azərbaycan klubu UEFA-ya məktub göndərdi ki...

7 Dekabr 2021 19:00 Qarabağ 1 819
Azərbaycan klubu UEFA-ya məktub göndərdi ki...

“Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə “Bazel”in qonağı olacaq.

Ağdam təmsilçisinin avrokuboklardakı səfər matçlarında indiyə qədər dəfələrlə ermənilərin təxribatının şahidi olmuşuq.

Qondarma ölkənin bayrağının dronla meydanın üzərində asılmasından tutmuş meydana hansısa dığanın daxil olmasına qədər.

Odur ki, “Qarabağ” işini ehtiyatlı tutur.

Sportinfo.az xəbər verir ki, “köhlən atlar” növbəti xoşagəlməz halın yaşanmaması üçün UEFA-ya müraciət edib.

Təmsilçimizin istəyi oyun zamanı təxribatın yaşanmamasıdır ki, Avropanın ali futbol qurumu bununla bağlı “Bazel”ə xüsusi xəbərdarlıq etməlidir.

Meydan sahibləri də öz növbəsində tühlükəsiz lik tədbirlərini yüksək səviyyədə görməli, mümkün iyrənciliklərin qarşısını vaxtında almalıdır.

“Bazel” – “Qarabağ” qarşılaşması dekabrın 9-u, Bakı vaxtı ilə saat 23.55-də başlayacaq.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti