Bakıda 90-cı dəqiqənin hökmü – İmzanın 200-ü

28 Noyabr 2021 02:30 Qarabağ 536
Bakıda 90-cı dəqiqənin hökmü – İmzanın 200-ü

Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda "Qarabağ"la keçirdiyi oyun "Omoniya" üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, Nikosiya təmsilçisi avrokuboklarda 200-cü qoluna imza atıb.

Jordi Qomesin 90-cı dəqiqədəki qolu tarixə düşüb. Komanda buna 154-cü matçda nail olub. Əvvəlki görüşlərdən 52 qələbə və 31 heç-heçə ilə ayrılan komanda 71 dəfə məğlubiyyətə üzülüb.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılmış qarşılaşma 2:2 hesablı ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti