"O barədə düşünmürəm" - “Qarabağ”lı ehtiyatlı danışdı

24 Noyabr 2021 12:20 Qarabağ 935
"O barədə düşünmürəm" - “Qarabağ”lı ehtiyatlı danışdı

“Bizi sabah ağır oyun gözləyir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç deyib.

30 yaşlı yarımmüdafiəçi Konfrans Liqasının qrup mərhələsinin V turunda Kipr klubu “Omoniya” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

Milli komandamızın üzvü sabah Tofiq Bəhramov adına Respublika Stadionuna qələbə üçün çıxacaqlarını söyləyib:

“İlk oyunda səfərdə 4:1 hesablı qələbəyə baxmayaraq, “Omoniya” yaxşı komandadır. Güclü oyunçuları var. Sabah yaxşı oyun göstərməyə çalışacağıq”.

Xorvatiyalı pleymeyker növbəti mərhələni təmin etsələr də, indidən pley-off barədə düşünmədiklərini söyləyib:

“Qarşıda hələ iki oyunumuz var. Həmin matçlarda maksimum xal toplamaq istəyirik. Digər oyunlara daha sonra baxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti