"Qarabağ" üçün əla fürsət - Azərbaycan futbolunda bir ilk üçün

21 Oktyabr 2021 14:20 Qarabağ 1 590
"Qarabağ" üçün əla fürsət - Azərbaycan futbolunda bir ilk üçün

"Qarabağ" bu gün Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda "Kayrat"ı qəbul edəcək.

H qrupunun bundan öncəki iki turunda bir heç-heçə və bir qələbə qazanan komandamız Qazaxıstan təmsilçisini də məğlub etməklə növbəti mərhələ yolunda böyük addım atmış olacaq.

8-ci dəfədir ölkəmizi avrookubokların qrup mərhələsində təmsil edən ağdamlılar üçün növbəti mərhələ yolunda ilk dəfə bu qədər yaxşı fürsət yaranıb.

Belə ki, öncəki 7 qrup mərhələsinin heç birində komandamızın ilk iki turdan sonra aktivində 4 xal olmayıb.

Ən yaxşı halda 3 xalımız olub. Bu da 2018-2019 mövsümündə səfərdə qrupun autsayderi "Düdelanj"ı məğlubiyyətə(1:4) uğuratmaq hesabına baş verib.

Amma bu dəfə şərtlər tamam başqadır. Komandamız birinci turda qrupun favoriti "Bazel"dən xal alıbsa, ikinci tur çətin Kipr səfərində "Omoniya"nı darmadağın (1-4) edib.

Axşam qazanılacaq növbəti 3 xal isə yəqin ki, növbəti mərhələ yolunda atılan ilk addım olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"