UEFA-dan "Qarabağ"la bağlı yeni paylaşım: "Başqa bir həftəsonu..."

19 Oktyabr 2021 00:42 Qarabağ 1 099
UEFA-dan "Qarabağ"la bağlı yeni paylaşım: "Başqa bir həftəsonu..."

Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının VII tur matçından fotolar yayımlanıb.

"Başqa bir həftəsonu, "Qarabağ"ın növbəti qələbəsi" başlıqlı paylaşımda "köhlən atlar"ın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.

"Qarabağ" Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda