"Bakıda oteldə insanlardan qorunmalıyıq”: "Bazel"in meneceri

15 Sentyabr 2021 14:20 Qarabağ 582
"Bakıda oteldə insanlardan qorunmalıyıq”: "Bazel"in meneceri

"Qarşıda bizi uzun səyahət gözləyir və hazırlığımızı buna uyğun qurmuşuq.

Belə səfərlərin kritik olduğunu düşünürəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Bazel"in meneceri Filipp Kaufmann "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu barədə "Telebasel" nəşrinə açıqlamasında deyib.

O, pandemiya ilə əlaqədar ehtiyatlı olmalarının gərəkliyini vurğulayıb: "Qalacağımız oteldə digər insanlardan qorunmalıyıq.

Son məşq və oyun istisna olmaqla, oteldən çıxmağa icazə verilməyəcək. Azərbaycanda pandemiya ilə bağlı qaydaların bir az sərt olduğunu bilirik. Amma bu, bizə təsir etməməlidir".

Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti