“Qarabağ”ın gənc futbolçusu “Rizəspor“un transfer siyahısında

22 Aprel 2021 21:20 Qarabağ 2 377
“Qarabağ”ın gənc futbolçusu “Rizəspor“un transfer siyahısında

“Qarabağ”ın yarımmüdafiəçisi Toral Bayramov gənc yaşda legioner həyatı yaşaya bilər.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı hücumameyilli futbolçunun Türkiyədə çıxış etmək variantı yaranıb.

Avropanın nisbətən aşağı reytinqli çempionatlarını diqqət mərkəzində saxlayan “Rizəspor”un skautları universallığı ilə diqqət çəkən Toralın oyununu bəyənib.

Artıq milli komandamıza da dəvət olunan Bayramovun adı rizəlilərin transfer siyahısında var. Əgər baş məşqçi Bülənt Uyqun da razılıq verərsə, rəhbərlik mövsümün sonunda bu transfer üçün danışıqlara başlayacaq.

Cari mövsüm Premyer Liqada 17 matçda iştirak edən Toral Bayramov aktivinə 2 qol yazdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu