"Qarabağ" itirə-itirə hara gedir?

18 Aprel 2021 19:00 Qarabağ 1 996
"Qarabağ" itirə-itirə hara gedir?

"Səbail" - "Qarabağ" görüşü ilə ilk orucluq turuna start verildi.

Hər iki oyun günündə ilk qarşılaşmalar son matçlara baxanda daha sönük keçdi.

Bütün günü gecə yarısından axşama kimi yeməksiz, əsas da susuz meydana çıxmaq, var güclə futbol oynamaq çətindir.

Matçın gedişində futbolçular iftarını açırdılar. Təqvimə uyğun iftardan sonra oyuna çıxan komandaların bu sarıdan bəxti gətirmiş oldu.

"Qarabağ"ın "Sumqayıt"la göstərdiyi oyun "Səbail"i çəkindirmişdi. Aftandil Hacıyev rəqibdən asılı olmayaraq arxada oturmağı sevməyən məşqçilərdəndir.

Ağdamlılarla matça isə fərqli taktika və start heyətiləçıxmışdı. Əfran İsmayılov kimi əlinin altında olan az sayda yaradıcı oyunçular ehtiyatda qalmışdı.

Bütün diqqət müdafiəyə, "Qarabağ"ın hücum həmlələrinin qarşısının alınmasına yönəlmişdi.

Qurban Qurbanovun komandası start fitindən önə atıldı, rəqib meydanın mərkəzini belə keçməyə çətinlik çəkirdi. "Qarabağ"a şansızlıq şansızlığın arxasınca gəldi. Filip Ozobiç sıradan çıxdı.

Komanda yenə də rahat öz oyununu oynayırdı. Düzdür, əsasən bir cinah işləyirdi. Zubir-Cəfərquliyev tandemi solda dominantlıq edirdi.

Toral Bayramov verilən şansdan daha səmərəli istifadə etməlidir. Ansamblı pozmasa da, sağ cinahın axsaması mərkəzdə və əsasən də Zubirin qarşısının alınmasında rəqibin işini asanlaşdırır.

Nəzərə alınsa ki "Qarabağ" demək olar hücumçusuz çıxış edir, vingerlərin, orta sahə futbolçularının üzərinə böyük yük düşür. Yarımmüdafiə oyunun taleyini həll etdi-etdi, etmədi, ağdamlılar xal itirəcək.

Kvabena Ovusunun yerinə qabaqda maket futbolçu qoyulsa, bəlkə xeyiri daha çox dəyər. Ən azından, digər futbolçular ona güvənməz. Onu qınamaq da olmur, forvard deyil.

Heç olmasa, kənarlara çəkilib öz futbolçusunu arxasınca apara, Zubir və digərlərinin cərimə meydanına gitməsinə boş zonalar yarada bilər.

Onsuz da, rəqib müdafiədə sıxlıqdır və mərkəzdə qalmaqla komanda yoldaşlarını çaşdırır, tez-tez top itkisinə yol verir, yaradılan qol epizodlarını da sağa-sola xərcləyir.

Azarkeşlərin bəyənmədiyi Mahirin qayıdışını, onlar qarışıq komanda hava-su kimi gözləyir. "Qarabağ" heyətdə problemlər yaşasa da, oyun rahat məcrada cərəyan edirdi, lider heç bir təhlükə gözləmirdi.

"Səbail"in nadir əks-hücumlarından birində ağdamlılar üçün daha ağır vəziyyət yarandı. Şahruddin-Yunanov qarşıdurması qapıçının baş nahiyyəsinə aldığı ağır zərbə ilə nəticələndi.

Amil sarı vərəqə ilə yaxasını qurtardı, qolkiper isə xəstəxanalıq oldu. Hücumçu bilərəkdən hərəkət etmədi, mübarizədə iki futbolçunun toqquşması da deyildi.

25 tikişin cəzası daha çox qırmızı kart olmalı idi. Milli üzvü daha ağır xəsarət ala, səhlənkar ayaq zərbəsindən şikəst qala, həyatını belə itirə bilərdi.

Təcrübəli FİFA referisi Əliyar Ağayev Amil Yunanovu bağışladı.

"Qarabağ"lı futbolçular sarsılmışdı, özlərinə gəlməmiş son matçları əla keçirən Medinanın yersiz penaltisi ilə üzləşdilər. "Səbail" əlahiddə heç nə ilə yadda qalmırdı, fikri ancaq müdafiəyə yönəlmişdi.

Görüşün ən yaxşısı Cəfərquliyevin növbəti reydlərindən birində, ötürməsini boş zonaya çıxmış Matiç gözlənilməz zərbəylə tamamladı. Fasiləyə kimi hesabı bərabərləşdirən "Qarabağ" 15 dəqiqəlik istirahətə rahat yollandı.

İkinci yarıda ağdamlılar təzyiqi artırdılar. Zubirin qapı tirinə tuş gələn zərbəsi, Eminin "rikoşet" dirək topu. Qurban Qurbanov əvəzetmə imkanları məhdud idi.

Oyunu xilas etmək üçün zədədən sağalmış Qara Qarayev də oyuna atıldı. Andradenin cinaha çəkilməsi də kömək etmədi. Mərkəzdə İsmayıl Ibrahimli də potensialından aşağı çıxış etdi.

Sonda "Səbail", Aftandil Hacıyev bildirdiyi kimi qızıl xalını qazandı, "Qarabağ" da çempionluq yolunda qızıla bərabər 2 xalını itirdi.

Liderlik uğrunda iki komanda arasında xal fərqinin birə enməsi, çempionluq inteiqasını qoruyub saxlamaqdadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti