"Qarabağ" onu üzən məlumatı RƏSMƏN AÇIQLADI

17 Aprel 2021 21:00 Qarabağ 941
"Qarabağ" onu üzən məlumatı RƏSMƏN AÇIQLADI

Premyer Liqanın 23-cü turunda "Səbail"lə matçın ilk hissəsində zədələnərək əvəzlənən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu gün həkim müayinəsindən keçib.

Müayinədə Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əzniyi və əzələarası hematoma müəyyən edilib.

Bu səbəbdən Filip Ozobiçin mövsümün sonuna qədər oynamayacağı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti