Qurban Qurbanovun transfer siyahısında 3 hücumçu var – Ondan əvvəl

16 Aprel 2021 13:00 Qarabağ 1 727
Qurban Qurbanovun transfer siyahısında 3 hücumçu var – Ondan əvvəl

Çinin I Divizionunda çıxış edən “Hançjou Qrintaun”dan ayrılan Dino Ndlovunun karyerasını yenidən "Qarabağ"da davam etdirmək istəməsi bəllidir.

Afrikalı legionerin şəxsi təşəbbüsü ilə onunla danışıqlar yenidən bərpa olunub.

CAR-lı forvard Azərbaycana qayıtmaq üçün maliyyə şərtlərində güxəştə gedəcəyini kluba xəbər göndərib.

Ndlovu artıq pul barədə düşünmədiyini, avrokuboklarda çıxış etmək məqsədilə hər cür fədakarlığa hazır olduğunu bildirib.

O, 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib. Qurban Qurbanovun bu dönüşün baş verməsinin əleyhinə deyil. Lakin…

Baş məşqçinin transfer siyahısında ondan qabaq 3 forvard var. Hansı ki, Avropanın müxtəlif çempionatlarında çıxış edirlər.

Qurbanov öncəliyi onlara verib. İşdir, hazırda danışıqlar aparılan legionerlərin heç biri ilə anlaşma əldə edilməsə, onda Dinonun məsələsi ciddi şəkildə masaya yatırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti