Artıq bir ayağı “Qarabağ”dadır... TRANSER GƏLİŞMƏSİ

15 Aprel 2021 15:00 Qarabağ 3 153
Artıq bir ayağı “Qarabağ”dadır... TRANSER GƏLİŞMƏSİ

“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu “Çjetsyan Qrintaun” ilə müqaviləni ləğv edib.

Bu barədə Cənubi Afrika Respublikasından olan forvard ölkəsinin mətbuatına açıqlamasında bildirib.

O, Covid-19 pandemiyası səbəbindən Çinə qayıda bilmədiyini və buna görə belə addım atdıqlarını söyləyib. 31 yaşlı oyunçunun müqaviləsi bu ilin iyununda başa çatmalı idi.

Ndlovu bildirib ki, hazırda azad agent statusu daşıyır: “Mən daha Çinə qayıtmayacam. Hazırda sərbəstəm və agentimdən gələcəkdə mənim razılığımla nə kimi addım atacağımız barədə xəbər gözləyirəm”.

Bir müddət əvvəl Ndlovunun “Qarabağ”a qayıda biləcəyinə dair xəbərlər yayılsa da, baş məşqçi Qurban Qurbanov hazırda bu məsələnin gündəlikdə olmadığını bildirib:

"Dinonu çox istəyirik. "Qarabağ"ın bir parçası olub, böyük uğurlarda onun payı var. Hazırda Dino ilə bağlı belə bir məsələ yoxdur.

Yanvar ayında sadəcə epizodik danışıq olmuşdu, təklif olunmuşdu. Amma klubu ilə müqaviləsi var. Yəni aramızda ciddi bir danışıq olmayıb".

Ndlovu özü isə Azərbaycan mətbuatına “Qarabağ”da oynamaq istədiyini gizlətməyib:

“Mən artıq bildirmişəm ki, “Qarabağ”ı sevirəm, mənim üçün yad komanda deyil. Yayda təklif olsa, “Qarabağ”a qayıdarammı? Əgər onlar məni qaytarmaq istəyirlərsə, məni harada tapacaqlarını bilirlər”.

Dino 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib. O, yenidən bu formanı geyinəcək. Afrikalı legionerin şəxsi təşəbbüsü ilə onunla danışıqlar yenidən bərpa olunub.

CAR-lıı forvard Azərbaycana qayıtmaq üçün maliyyə şərtlərində güxəştə gedəcəyini kluba xəbər göndərib.

Ndlovu artıq pul barədə düşünmədiyini, avrokuboklarda çıxış etmək məqsədilə hər cür fədakarlığa hazır olduğunu bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti