O, “Mançester Yunayted”in ulduzunu Bakıya gətirmək istəmir

2 Mart 2021 11:20 Qarabağ 621
O, “Mançester Yunayted”in ulduzunu Bakıya gətirmək istəmir

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Serbiya yığmasında köklü islahatlar aparılacaq.

Sportinfo.az xəbər verir ki, yeni baş məşqçi Draqan Stoykoviç bəzi təcrübəli oyunçuları milliyə çağırmamağı planlaşdırır.

Heyətdə yenilənmə edəcək mütəxəssis həmin adları gizli saxlasa da, serbiyalı həmkarlarımız konkret olaraq 5 futbolçunun milli karyerasının başa vuracağını iddia edib.

Bunlar “İnter”in müdafiəçisi Aleksandar Kolarov, “Kristal Pelas”ın yarımmüdafiəçisi Luka Milivoyeviç, “Beşiktaş”ın yarımmüdafiəçisi Adem Lyayiç, “Napoli”nin müdafiəçisi Nikola Maksimoviç və “Mançester Yunayted”in orta sahə oyunçusu Nemanya Matiçdir.

Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində ilk oyunlarını martın 24-də İrlandiya, 27-də Portuqaliya, 30-da isə Azərbaycana qarşı keçirəcək. Stoykoviç bu matçlar üçün heyəti martın 5-də açıqlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti