"Əksər komandalar bizə qarşı qapanıb, yaxşı müdafiə olunur"

27 Fevral 2021 10:40 Qarabağ 441
"Əksər komandalar bizə qarşı qapanıb, yaxşı müdafiə olunur"

Premyer Liqanın 17-ci turunda "Səbail"lə oyunda "Qarabağ"ın yeganə qolunu vuran Xayme Romero klubun saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının dərdinə şərik olduğunu deyib və daha sonra oyun barədə fikirlərini bölüşüb:

"Əvvəlcə Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına səbir diləyirəm. Mən kluba gələndə bu faciə ilə bağlı mənə məlumat verilib.

Azərbaycan xalqının dərdinə şərik olduğumu demək istəyirəm. Oyuna gəlincə, çempionatda qələbə qazanmaq asan başa gəlmir.

Əksər komandalar bizə qarşı qapanıb, yaxşı müdafiə olunurlar. Həmin müdafiə xəttini yarmaq isə asan deyil.

Bu oyun da belə oldu və deyərdim ki, matç daha çətin keçdi. Sonda qələbə qazandıq və bundan çox məmnunam".

Digər Xəbərlər
Xəbər Lenti