"Hazırkı durum "Neftçi" üçün bir fürsətdir, bu şansı əldən vermək olmaz"

24 Fevral 2021 17:40 Qarabağ 797
"Hazırkı durum "Neftçi" üçün bir fürsətdir, bu şansı əldən vermək olmaz"

"Son turda gözlənilməz nəticələr oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın 16-cı turunu dəyərləndirib. O, hazırkı durumu "Neftçi üçün fürsət sayır:

"Qarabağ", "Zirə" və "Neftçi"nin rahat qələbə qazanacğı gözlənilirdi. Yalnız "Neftçi" bunu bacardı. Onu da böyük çətinlik bahasına.

Məşqçilər Komitəsi olaraq, oyunda idik. "Qəbələ" çox yaxşı oynadı. Onlar "Neftçi"yə oyunla uduzmadılar. Hətta bəzi komponentlərdə rəqibindən üstün idi.

"Qəbələ"nin 3-4 futbolçu ilə qurduğu əks hücumları çox bəyəndim. Bu yüksək fiziki hazırlıq tələb edir. Hazırkı durum "Neftçi" üçün bir fürsətdir.

Qarşıdakı tur "Zirə" ilə qarşılaşacaqlar. Hər iki komandaya bu oyunun nəticəsi medallar uğurunda əhəmiyyətlidir. Bu şansı əldən vermək olmaz".

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM