"Qarabağ" rəhbərliyi Nurlan İbrahimova yeni iş təklif etdi

23 Yanvar 2021 13:00 Qarabağ 1 341
"Qarabağ" rəhbərliyi Nurlan İbrahimova yeni iş təklif etdi

"Qarabağ" rəhbərliyi klubun keçmiş mətbuat katibi Nurlan İbrahimova jest edib.

Ağdam təmsilçisi 15 il burada çalışmış sabiq əməkdaşının növbəti 3 ay üçün əməkhaqqısını ödəyib.

Eyni zamanda, ona "Azərsun Holdinq"in media sektorunda çalışmaq təklif olunub.

N.İbrahimov bir neçə gün öncə mətbuat xidmətinin rəhbəri postundan ayrıldı.

UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı "feysbuk"da ermənilərlə bağlı paylaşımına görə onu futbol sahəsində çalışmaqdan ömürlük məhrum edib.

Həmçinin Ağdam klubu 100 min avro məbləğində cərimələnib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti