COP29

"Qarabağ"ın futbolçusu Zirəyə kimə görə gedib? - FOTO

29 Aprel 20:40 Qarabağ 3 688
"Qarabağ"ın futbolçusu Zirəyə kimə görə gedib? - FOTO

Premyer Liqanın 32-ci turunda "Zirə" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edir.

Xüsusi qonaqlar üçün nəzərdə tutulmuş mərkəzi sektorda az qala bir komandanın futbolçuları əyləşib.

"Araz-Naxçıvan"ın zədəliləri Orxan Əliyevlə İsmail Azzaui, "Zirə"də cəzalı Ceyhun Nuriyev, zədəlilər İssa Cibrila, Felipe Paxtmann və "Qarabağ"ın üzvü Aleksey İsayevi görmək mümkündür.

Azərbaycan millisinin də şərəfini qoruyan yarımmüdafiəçi Zirəyə xanımı və azyaşlı övladı ilə gəlib.

Kimin üçün?

Yəqin ki, "Sumqayıt"da komanda yoldaşı olmuş və ailəvi dostluq etdiyi Rəhim Sadıqova görə.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti