
«Zirə» Premyer Liqanın 6-cı turunda «Sumqayıt»la üz-üzə gəldi.
Matç kifayət qədər gərgin keçdi. İki qırmızı vərəqənin göstərildiyi qarşılaşmanın gedişində dəfələrlə mübahisəli anlar yaşandı.
Belə epizodların biri ilk hissənin 30-cu dəqiqəsinə təsadüf etdi. Topu atudan oyuna daxil etmək istəyən ev sahiblərinin kapitanı Qismət Alıyev rəqibin texniki zonasında əyləşən şəxslərin sərt reaksiyası ilə üzləşdi.
Müdafiəçi onlara cavab vermək istəyərkən, Orxan Sadıqlını qarşısında gördü.
Daha sonra söz-söhbət böyüdü, belədə Kamranbəy Rəhimov araya girmək, vəziyyəti sakitləşdirmək məcburiyyətində qaldı.
Referi «Sumqayıt»dan Vüqar Mustafayevə sarı vərəqə göstərdi, vəziyyətin daha da gərginləşməsinə imkan vermədi.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: