Müdafiə Nazirliyi: "Erməni tərəfinin xəbəri növbəti dezinformasiyadır".

22 İyul 2020 09:00 Qalmaqal 736
Müdafiə Nazirliyi: "Erməni tərəfinin xəbəri növbəti dezinformasiyadır".

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin cəbhədəki hücumla bağlı bəyanatını uydurma və dezinformasiya adlandırıb.

Sportinfo.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumatda belə deyilir.

“Bu istiqamətdə bizim tərəfimizdən heç bir hücum olmayıb. Əksinə, dövlət sərhədinin bizim tərəfdəki hissəsində sakitlik qorunub saxlanılır, bizim heç bir itkimiz yoxdur”.

Bu sözləri Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinin iddialarını cavablandırarkən deyib.

"Ancaq sərhədin o tərəfində erməni hərbi qulluqçuları arasında vahimə müşahidə olunur. Daha əvvəl biz Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərində atıcı silahlardan atəş səsləri eşidirdik. Göründüyü kimi, erməni hərbi qulluqçuları arasında növbəti atışma oldu.

Yenə demək istəyirəm ki, bizim tərəfimizdən heç bir yeni hücum və itki yoxdur və olmayıb. Erməni tərəfinin xəbəri növbəti dezinformasiyadır".

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”