"Ermənistanın 2 hərbçisi ağır yaralanıb” - CƏBHƏDƏN XƏBƏR

21 İyul 2020 17:52 Qalmaqal 865
"Ermənistanın 2 hərbçisi ağır yaralanıb” - CƏBHƏDƏN XƏBƏR

Sportinfo.az xəbər verir ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur:

“Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb”.

Bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti