Ordumuzdan Ermənistana daha bir ağır zərbə - CƏBHƏDƏN XƏBƏR:

21 İyul 2020 11:34 Qalmaqal 1 184
Ordumuzdan Ermənistana daha bir ağır zərbə - CƏBHƏDƏN XƏBƏR:

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Sportinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti