"Tovuzlular yerindədir, narahatlığa əsas yoxdur"

20 İyul 2020 20:20 Qalmaqal 777
"Tovuzlular yerindədir, narahatlığa əsas yoxdur"

“Hazırda Tovuzdayam. Evimiz rayonun mərkəzində yerləşsə də, cəbhə bölgəsinə elə də uzaq deyilik.

Erməni təxribatı nəticəsində gedən vuruşmada rayon mərkəzinə yaxın hissələrə də top mərmiləri düşdü. Amma əsas döyüşlər sərhəd bölgəsində gedirdi”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Turan"ın sabiq prezidenti, keçmiş AFFA nümayəndəsi Namiq Məstanov deyib.

Əslən Tovuzdan olan N.Məstanov Bakıda yaşayıb çalışsa da Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki erməni təxribatı ilə bağlı rayona gedib.

Gedib ki, az da olsa ordumuza, əsgərlərimizə dəstək göstərsin. Namiq müəllim bildirib ki, sərhəddəki bu təxribatla bağlı insanların birliyi hər kəsdə xoş təəssürat oyadır:

“Bütün sakinlərimiz, təsəvvür edildiyindən də çox əsgərlərin arxasındadı. Tovuzda yerləşən kəndlərin hamısının fikri, diqqəti cəbhəyə yönəlib. Cəbhə bölgəsinə yaxın olan Ağdam, Əlibəyli kəndlərindən sonra postlar qurulub, mülkli şəxsləri həmin ərazilərə buraxırmırlar.

Təbii ki, dövlətimiz ordumuz, əsgərlərimiz üçün hər bir şəraiti yaradıb, nədənsə korluq çəkmirlər. Amma rayon camaatı yenə də əsgərlərə dəstək olmağa çalışır. İmkanı çatan hər kəs maddi, imkansızlar isə ən azından mənəvi dəstək olurlar. Bütün bunlar vətənpərvərliyin göstəricisidir və insanı duyğulandırır.

Son günlər bəzi təxribatçılar Tovuzda bir neçə kəndin boşaldıldığı barədə şayiə yaymışdı. Əminliklə deyirəm ki, hər hansı kəndin boşaldılmasından söhbət belə gedə bilməz.

Tovuzlular yerindədi, narahatçılığa əsas yoxdur. Kəndlərin boşaldıldılması isə ümumiyyətlə müzakirə mövzusu deyil. Biz belə döyüşləri çox görmüşük.

Sərhəddə baş verən erməni hücumu nəticəsində mülki şəxslərin, əsgərlərin, yüksək rütbəli zabitlərin, hətta general Polad Həşimovun şəhid olması düşmənin necə azğınlaşmasından xəbər verir. 30 –ildən çoxdur ki, Tovuz atəşə tutulur,

Qarabağ müharibəsinin qızğın vaxtında ermənilərin rayonumuzda atəş açmadığı yer qalmamışdı. Biz uşaqlığımızı “yenə qrad atırlar, top atırlar, sığınacaqlara!” deyilən həyəcanlı xəbərlərlə yaşamışıq.

Tovuz camaatı 90-cı illərdə bu cür döyüşlərin çox şahidi olub.Ona görə də müharibə, atışma gözümüzü qorxuda bilməz. Tovuzda həyat öz axarı ilə davam edir. Rayonda vəziyyət sabitdir. Atışma ara-sıra olur.

Bu erməni elə alçaq, rəzil millətdir ki, havadarlarına güvənib bu təxribatları vaxt keçdikcə təkrarlayır. Yoxsa, özü qorxağın biridir. Onlar paxıldirlar, Azərbaycanın inkişafını, qazandığı uğurları həzm edə bilmirlər. Biz şəhidlərimizi layiqincə dəfn etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hər birimizə o zirvəyə ucalmağı nəsib etsin”.

N.Məstanov bu günlər onlarla maraqlanan, narahatlıq keçirən futbol ictimaiyyətinin nümayəndələrinə təşəkkür edib: “Sizin vasitənizlə son günlər bizimlə maraqlanan, rayona gəlmək istəyən futbol ictimaiyyətinin nümayəndələrinə, ümumilikdə Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm.

Yaxın dostlar əlaqə saxlayaraq, köməklərini təklif edirlər. Hər kəs var olsun. Amma Tovuzda hər şey qaydasındadır. İnsanlar gündəlik işləri ilə məşğul olurlar. Əkin-biçin davam edir, uşaqlar küçələrdə futbol oynayırlar, velosiped sürürlər. Narahatlıq üçün heç bir əsas yoxdur.

Ordumuz düşmənin cavabını artıqlaması ilə verib verir. Burdan uzaqda olanların narahatçılığını anlayıram. Lakin əmin olsunlar ki, bizim heç bir problemimiz yoxdur. Bir daha maraqlanan hər kəsə minnətdarlığımı bildirirəm.

Unutmasınlar ki, hər cür texnika ilə təchiz olunmuş güclü, nizami Ordumuz, Ali Baş Komandanımız var. Hamımız onun bir əmrini gözləyirik. Son damla qanımıza qədər torpaqlarımız uğrunda vuruşmağa hazırıq.”

Z.BƏŞİRQIZI

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti