Klub prezidenti: "Şübhələnirəm, federasiya reanimasiya şöbəsindədir"

16 İyul 2020 20:20 Qalmaqal 806
Klub prezidenti: "Şübhələnirəm, federasiya reanimasiya şöbəsindədir"

Yerevanın "Lokomotiv" klubunun prezidenti Qraç Kananyan Ermənistan Futbol Federasiyasını (FFA) I Liqanı ləğv etməkdə və gənclər futbolunu məhv etməkdə günahlandırır.

Sportinfo.az xəbər verir ki, yerli mətbuata açıqlama verən funksioner federasiyanı tənqid edib.

Kananyan deyib ki, FFA-da hakimiyyəti ələ keçirən bir neçə şəxs futbol əleyhinə addımlar atır: "Düşünmürəm ki, bu, məqsədyönlü şəkildə həyata keçirilir, məsələnin onların səlahiyyətində olmamasından şübhələnirəm.

FFA hazırda reanimasiya şöbəsindədir, erməni futbolundan ayrılıb və xarici maliyyənin idarəetməsi, məntiqsiz yenidən bölüşdürülməsi ilə məşğuldur".

Klubun icraçı direktoru Armen Kananyan öz növbəsində bunları söyləyib: "Federasiya ittihamlarla bağlı sənədləri təqdim etmək üçün klubdan 100 000 dram (təqribən 208 dollar) pul istədi. Komandanın 7 matçının şübhəli olduğu bildirilir,

UEFA-nın sənədlərində 5 matç göstərilir. Qalan 2 oyunla bağlı məlumat yoxdur. Sənədləri araşdırmağa başladıq və heç bir məlumat olmadığını gördük.

Çünki bu oyunlar üçün UEFA şübhəli tərəf olaraq digər iki klubun adını açıq şəkildə göstərib. Bunlar Premyer Liqa təmsilçilərinin törəmə komandalarıdır və onlara qarşı istintaq belə başlanılmayıb".

İcraçi direktor başqa matçla bağlı hesabatda digər komandanın oyunçularının danışılmış oyunda iştirak ehtimalının olduğunu diqqətə çatdırıb. Digər tərəfdən, UEFA kimin iştirak etdiyini müəyyənləşdirməyin mümkün olmadığını bildirib.

A.Kananya FFA-nın qərarından apelyasiya şikayəti verdikləri üçün bəzi faktları ictimaiyyətə təqdim edə bilmədiklərini vurğulayıb. Funksioner qərardan asılı olmayaraq, gələcəkdə faktları açıqlamaq niyyətində olduqlarını diqqətə çatdırıb.

İyulun 3-də FFA İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. Hüquq-mühafizə orqanlarının müvafiq şöbəsi və UEFA-nın danışılmış oyunların təyin edilməsi ilə bağlı təqdim etdiyi fakt və materiallar müzakirə edilib.

Nəticədə komitə "Araqats", "Torpedo", "Masis", "Lokomotiv" və "Yerevan" klublarının müxtəlif müddətədək, habelə 45-i ömürlük olmaqla, 58 nəfərin diskvalifikasiyasına qərar verilib.

Digər Xəbərlər
Xəbər Lenti